BANK

31 Yanvar

Elman Rüstəmov: \"Azərbaycan investisiya reytinqlərini bərpa edəcək\"

İslahatların davam etdirilməsi Azərbaycana yenidən beynəlxalq reytinq agentliklərindən investisiya reytinqləri almağa imkan verəcək.

Fins.az xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov belə hesab edir.

“Keçən il biz bu istiqamətdə böyük işlər görmüşük, amma hələ də islahatları davam etdirməli olduğumuz sahələr var. Düşünürəm ki, göstəricilərimizin əksəriyyəti lazımi səviyyədədir və yaxın zamanlarda Azərbaycan investisiya reytinqlərini bərpa edəcək", - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Müəllif: Aynur Qəniyeva