AVTO

06 Yanvar

Fərqli pikap hazırlanır

Bakı, 6 yanvar Fins.az

Amerikan Fisker şirkəti elektriklə hərəkətə gələn pikapın təqdimatına hazırlaşır.

Yeni modelin şəkli amerikan markasının rəhbəri Henrik Fisker tərəfindən LinkedIn səhifəsində yerləşdirilib. Amerikan markasının pikap hazırladığı barədə məlumat ilk dəfə keçən ilin fevralında peyda olub.

O zaman Fisker tvit yazaraq Alaska adını almış modelin tizerini paylaşmışdı. Lakin, sonradan həmin şəkil silindi. Yeni avtomobilin dizaynı Alaska-dan fərqlənir, üstəlik top menecer seriya avtomobilinin görünüşünün "daha radikal" olacağını söyləyib.