AQRO

13 Aprel

Şahbuz rayonunda yeni üzüm bağı salınıb

Şahbuz rayonunun Sələsüz kəndində 2 hektar sahədə yeni üzüm bağı salınıb.

Fins.az xəbər verir ki, kənd ərazisindəki yamaclarda salınan bağda əkin aparılmazdan əvvəl aqrotexniki tədbirlər görülüb. Ərazi təmizlənərək yararlı hala gətirilib. Əkin zamanı yerli üzüm sortlarından olan ağ və qara kişmişi, xəlili və qara şanıdan istifadə olunub. Əkində üzvi gübrələrdən də istifadə edilərək, əraziyə 3 minə yaxın üzüm tənəyi basdırılıb.

Qeyd edək ki, son dövrlərdə Şahbuz rayonunun ərazisində 12 hektara yaxın sahədə yeni üzüm bağı salınıb. Həmin bağlarda da aqrotexniki tədbirlər aparılıb, quruyan tənəklərin yerinə yeniləri əkilib.