VAKANSİYA

"AccessBank" işçi axtarır - VAKANSİYA
03 İYUL
968

"AccessBank" işçi axtarır - VAKANSİYA

2019-07-03 16:34:00

"AccessBank" Əmlak qiymətləndirilməsi üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır.

Tələblər

 Ali təhsil;
 Əmlakların qiymətləndirilməsi sahəsində ən azı 3 illik iş təcrübəsi;
 Ofis proqramları ilə işləmək bacarığı;
 Mükəmməl analiz etmə, bazar araşdırma qabiliyyəti;
 Yazılı və şifahi ünsiyyət vərdişləri;
 Məsuliyyətlilik və öz üzərində çalışmaq istəyi;
 Sənədləşmə işinin aparılması bacarığı
 İqtisadiyyat və İnşaat sahəsində ali təhsilli olanlara üstünlük verilir;

Vəzifə öhdəlikləri:

 Daxil olan sorğuları qəbul etmək, lazımi araşdırma apararaq onu vaxtında cavablandırmaq
 Girov kimi təqdim edilən əmlakları şəkil, sənəd və digər müvafiq texniki göstəricilərə əsasən qiymətləndirmək, lazımi hallarda baxış keçirilməsi üçün Bakı ətrafı ərazilərə və regionlara səfər etmək
 Qiymətləndirdiyi əmlakın qiymətini əsaslandırmaq
 Daşınmaz Əmlak üzrə Qiymətləndirmə Aktını doldurmaq və Sifarişçiyə göndərilməsini təmin etmək
 Daşınmaz Əmlaklara aid məlumatların saxlanılmasını təmin etmək
 Qiymətləndirilən əmlaklar və müştərilərlə bağlı məxfiliyi qorumaq
 Aylar üzrə hesabat cədvəllərini hazırlamaq

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027