VAKANSİYA

"Optimal Elektronika" işçi axtarır - VAKANSİYA
01 MART
3413

"Optimal Elektronika" işçi axtarır - VAKANSİYA

2019-03-01 17:01:00

"Optimal Elektronika" MMC Maliyyə Departamentinin direktoru vəzifəsinə işçi axtarır 

Tələblər:

• Maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil;
• Azərbaycan dilini səlis bilmək; rus, ingilis dillərini bilmək üstünlükdür.
• Maliyyə üzrə minimum  5 il iş təcrübəsi;
• Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, satınalmalar  üzrə biliklər;
• CIMA, CFA və ya ACCA sertifikatlarının olması üstünlükdür;
• Microsoft Office, xüsusilə Excel proqramını peşəkar səviyyədə bilmək; 1C proqramını bilmək üstünlükdür;
• Komandada işləmə qabiliyyəti;

Vəzifələr:

•  Debetor  və kreditor borclarına nəzarət;
•  Kredit portfelinin artım/azalma tempi, iqtisadi göstəricilər və gecikmə intervalları nəzarətinin aparılması;
•  Maliyyə nəzarəti funksiyalarının təşkili və onlara nəzarət;
•  Sifarişlərə nəzarət funksiyalarının aparılması və hesabatlılıq;
•  Pul dövriyyəsinin və maliyyə mənbələrinə nəzarət və hesabatlılıq;
•  MHBS-yə uyğun balans,  mənfəət-zərər, pul vəsitlərinin hərəkəti, kapital və digər maliyyə hesabatlarının təhlili;
•  Maliyyə əmsallarının hesablanması;
•  Büdcənin tərtibi və icranın periodik yoxlanılması;
•  Xərclərin proqnozdan kənarlaşmamasının təmini və tədbirlər planının hazırlanması;
•  Gəlir və xərclərin tanınmasının yoxlanması.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 5 iş günü, 2 gün istirahət

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Maliyyə Departamentinin direktoru” qeyd edərək öz CV-lərinizi [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur. 

*Müraciətlər yalnız elektron formada qəbul edilir.
*İşədüzəltmə şirkətlərinin və namizədlərin nəzərinə: Optimal Elektronika şirkəti işə qəbul prosesində hər hansı bir işədüzəltmə şirkəti və ya digər tərəflərlə əməkdaşlıq etmir, seçim prosesi yalnız şirkətin İnsan Resursları Departamenti tərəfindən aparılır.

Son tarix:  30.03.2019

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269