"Veysəloğlu Şirkətlər Qrupu" Biznes inkişafı üzrə menecer vəzifəsinə işçi axtarır
İş yeri - Bakı şəhəri
İş təcrübəsi - 3-5 il
Yaş həddi- 30-50
Təhsil - Ali iqtisadi təhsil
İşin Təsviri
Yeni biznes əlaqələri yaratmaq və mövcud biznes əlaqələrini inkişaf etdirməklə biznes strategiyasının hazırlanması və həyata keçirilməsi.
Vəzifə öhdəlikləri:
- Şirkətin biznes inkişafı strategiyasının, uzun və qısa müddətli biznes planların hazırlanması;
- Ölkədaxili və ölkəxarici mümkün biznes tərafdaşlarla biznes əlaqələrin yaradılması və şirkət nümayəndələri ilə görüşlərin keçirilməsi;
- Bazarda mövcud olan şirkətlərin təhlili və seqmentasiyası;
- Bazar payının artırılması üçün yeni satış kanallarının yaradılması;
- Mövcud marketinq strategiyalarının, maliyyə imkanlarının və mümkün biznes əlaqələrin təhlil edilməsi;
- Zəruri marketinq tədbirlərinin müəyyən edilməsi və xərclərin optimallaşdırılması;
- Mövcud və ya potensial müştərilərin şirkətə bağlılığının artırılması üçün strateji hədəflərin analizi və tətbiq edilməsi;
- Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
- Dövrü hesabatların hazırlaması və nəticələrin təhlili.
Tələblər:
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Qərar vermə bacarığının, yüksək ünsiyyət, analitik düşüncə və layihə idarəetmə qabiliyyətinin olması;
- Biznes danışıqlarının aparılması qabiliyyətinin olması;
- Ölkədaxili və ölkəxarici ezamiyyət imkanlarının olması.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İki gün istirahət günü;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Biznes inkişafı üzrə menecer” yazıb göndərməklə müraciət edə bilərsiniz.