VAKANSİYA

"NAR" işçi axtarır - VAKANSİYA
25 SENTYABR
3958

"NAR" işçi axtarır - VAKANSİYA

2018-09-25 19:28:00

"NAR" Kommersiya Hesabatları üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır

Vakansiya haqqında

Departament : Marketinq
Şöbə : Analitika və Tədqiqat
Bölmə : Kommersiya Analitikası və Hesabatları
İş yeri : Port Baku Cənub Qülləsi
İş müddəti : Müvəqqəti
İş qrafiki : Standart
Son müraciət tarixi : 28.09.2018

Sizin əsas vəzifə öhdəlikləriniz

*Kommersiya hesabatlarının və  büdcə infrastrukturunun təşkili, təkmilləşdirilməsi, icra edilməsi və yerinə yetirilməsi
*Şirkət daxilində müxtəlif mənbələrdən alınan məlumatların və hesabatların mütəmadi üzləşdirilməsi
*Yeni, dəyişdirilmiş xidmət və məhsullar üçün hesabat tələblərinin qiymətləndirilməsi və hazırlanması
*Müvafiq tələblərə və müəyyənləşdirilmiş standartlara uyğun olaraq məlumatların yığılması, analizi, vizualizasiyası və  mütəmadi optimallaşdırılması 
*Partnyorlarla kommersiya hesabatlarının  üzləşdirilməsi üçün yeni məhsulların hesabat tələblərinin düzgün və vaxtında təqdim olunması
*Hesablama infrastrukturun mütəmadi olaraq yenilənməsi, yeni texnologiyaların və metodologiyaların araşdırılması və təqdim edilməsi

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Tətbiqi Riyaziyyat, Kibernetika və ya İqtisadiyyat üzrə Ali təhsil
*Müvafiq sahədə 2-3 il iş təcrübəsi
*İri həcmdə məlumatlar ilə işləmə təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Müştəriyönümlü 
*Komanda işi və əməkdaşlıq
*Nəticəyönümlü 
*Strukturlu və metodoloji düşünmə qabiliyyəti
*Güclü riyazi bilik
*Analitika qabiliyyəti
*Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək 
*MS Office (Ms Excel)  proqramlarını mükəmməl  bilmək
*STATA, R və ya digər data mining/analitik proqramlarında işləmə bacarığı

Müraciət etmək üçün

CV-nizi  [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Mövzu hissəsində  “Kommersiya Hesabatları üzrə Mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259