VAKANSİYA

“ Mətanət A” şirkəti işçi axtarır - VAKANSİYA
04 SENTYABR
2650

“ Mətanət A” şirkəti işçi axtarır - VAKANSİYA

2018-09-04 17:59:00

“ Mətanət A” şirkəti Təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssis vakansiyasını elan edir 

Vəzifə funksiyaları

  1.        Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
  2.        Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
  3.        Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
  4.        Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
  5.        Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
  6.        Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
  7.        Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
  8.        Logistika və nəqliyyat nəzarətinin təşkili;
  9.        Alınan malların keyfiyyətinə nəzarət;
  10.    Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
  11.    Gömrüklə işləmə bacarığı;
  12.    Satınalma sənədlərini hazırlama qabiliyyəti.

 

Tələblər:

  1.        İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
  2.        Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;
  3.        Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq;
  4.        Təchizat zənciri haqqında ümumi biliklər;
  5.        İncoterms 2010;
  6.        Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;
  7.        Komanda işinin təşkili;
  8.        Yaş həddi: 25-35;
  9.        Kompüter biliyi: MS Office  (Word, Excel);
  10.    Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir;

İş şəraiti: 

İş saatı: 09-00-dan 18-00-dək;

İstirahət: Şənbə və bazar günü. 

Əmək haqqı: Razılaşma yolu ilə 

Qeyd: İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

CV-ləri [email protected] ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255