VAKANSİYA

"PAŞA Həyat" işçi axtarır -VAKANSİYA
23 İYUL
2224

"PAŞA Həyat" işçi axtarır -VAKANSİYA

2018-07-23 14:52:00

Struktur bölmə : Müştəri xidmətləri və sığorta hadisələrinin tənzimlənməsi departamenti / Sığorta hadisələri şöbəsi

Vəzifə : Kiçik mütəxəssis

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00

Son müraciət tarixi :  29 iyul 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Hadisələrin tənzimlənməsi zamanı tibbi rəylər vermək;
2. Sığortalı, sığorta olunan və faydalanan şəxslərin əyani müayinəsini keçirilməsini təmin etmək;
3. Tibbi sənədləri oxumaq və tibbi təhlil aparmaq;
4. Hadisələrin tənzimlənməsində iştirak etmək;
5. Birbaşa rəhbərin göstərişi ilə digər tapşırıqları yerinə yetirmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə 1 ilədək iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : Tibb sahəsi üzrə bakalavr təhsili (terapevt, travmatoloq ixtisaslarına üstünlük verilir) tələb olunur, rezidentura təhsili üstünlükdür;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl bilməlidir, rus dili biliyi üstünlükdür;
Kompüter bilikləri : MS Office;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : cv-lər “Sığorta hadisələri” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256