VAKANSİYA

“Access Bank” işçi axtarır – VAKANSİYA
28 APREL
2105

“Access Bank” işçi axtarır – VAKANSİYA

2018-04-28 21:00:00
“Access Bank” Çağrı Mərkəzinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
Öhdəliklər:
· Çağrı Mərkəzinə daxil olan zəngləri qəbul etmək, qeydiyyatın aparmaq və cavablandırmaq;
· Bankın məhsulları haqda zəng edən müştərilərə ətraflı məlumat vermək;
· Qeydiyyata alınmış müştərilərin müraciətlərinin vaxtında həllinə nəzarət etmək və geri dönüşzəngləri etmək;
· Elektron poçt və sosial şəbəkələr vasitəsi ilə müştərilərin suallarını cavablandırmaq.
Tələblər:
· Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək;
· Kompüter proqramlarını bilmək;
· Nəzakətlilik, ünsiyyətcillik, fəallıq, işgüzarlıq;
· Analitik düşünmə qabiliyyəti, dəqiqlik;
· Yaxşı tələffüzlü, məsuliyyətli, özünü ifadə etmək bacarığ;
· Qeyri-standart vəziyyətlərdə özünü və vəziyyəti idarə etmək bacarığı;
· Komandada işləmək bacarığı;
· Bank sahəsində iş və Çağrı Mərkəzinin əməkdaşı qismində təcrübəsi olanlara üstünlük verilir.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adınıqeyd edəsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257