VAKANSİYA

“Rabitabank” işçi axtarır – VAKANSİYA
20 APREL
1320

“Rabitabank” işçi axtarır – VAKANSİYA

2018-04-20 21:00:00
“Rabitabank” ASC Şəbəkə İnzibatçısı vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
• LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
• Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
• Router, Switch və Fierwall-ları Bankın təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
• Şəbəkə problemlərini müəyyən edib həll etmək;
• Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
• Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
• Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
• İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.
Namizədə olan tələblər:
- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.);
- Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı;
- İngilis və Rus dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması);
- Server OS-ləri ilə iş üzrə baza bilikləri;
- Nəzəri bilik səviyyəsi CCNP;
- Azərbaycanın regionlarına səyahət etməyə hazır olmaq (iş vaxtının 20%-dən çox olmayaraq);
- Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq;
- Tələb olunan sahə üzrə minimum 3 il iş təcrübəsi (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Şəbəkə İnzibatçısı göstərməyiniz xahiş olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259