VAKANSİYA

“Melissa Group” işçi axtarır -VAKANSİYA
08 YANVAR
2496

“Melissa Group” işçi axtarır -VAKANSİYA

2018-01-08 21:00:00

Melissa Group” şirkəti “satış üzrə menecer” vakansiyası elan edir.

İş barədə məlumat

- Yaşayış komplekslərindəki hazır və tikintisi davam edən mənzillərin ofisdaxili satışının həyata keçirilməsi;
- Müştəriyə seçim etməkdə optimal köməkliyin göstərilməsi, mənzillər, onların təmiri, təhvil verilməsi, dövlət rüsumları və s. barədə dolğun məlumatların verilməsi;
- Müştərinin seçimindən asılı olaraq təmirli və ya təmirsiz mənzillərin layihələri, qiymətləri, ödəmə şərtləri (nağd və ya ipoteka) haqqında məlumatların veriməsi;
- Mənzillərin və ya mənzil nümunələrinin layihələrinə canlı baxışın keçirilıməsinin təşkil olunması; 
- Mənzilin təmir növlərinin seçilməsində müştəriyə köməklik göstərilməsi;
- interyerin layihəsinin dəyişdirilməsində məsləhətlərin veriməsi, lazım gəldiyi təqdirdə memara yönləndirilməsi;
- Alqı-satqı müqavilələrinin tərtib olunması, 1C proqramına işlənməsi;
- Satışdan sonrakı xidmətlərin həyata keçirilməsi.

Namizədə dair tələblər

- Xanım namizədlərə üstünlük veriləcək;
- Riyazi hesablama bacarıqları və kompüterdən istifadə bacarığının olması (1C, MS Excel, MS Word);
- Azərbaycan və rus dili biliklərini əla səviyyədə bilməli;
- Satış sferasında azı 3 il iş təcrübəsinin olması (mənzil sektorunda təcrübə arzuolunandır);
- Komandada işləmə  qabiliyyəti və satış həyata keçirtmə bacarığı;
- Təqdimat bacarığı və müştəri məmnunluğuna nail olmaq bacarığına malik olması;
 
- Əməkhaqqı: 400-600 (Satılan hər bir mənzil üçün bonus hesablanacaq)
- İş qrafiki: 6 günlük iş həftəsi

CV-lərinizi [email protected] ünvanına "satış üzrə menecer " başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259