VAKANSİYA

“Mətanət A” işçilər axtarır -VAKANSİYA
06 DEKABR
1367

“Mətanət A” işçilər axtarır -VAKANSİYA

2017-12-06 21:00:00

Mətanət A” şirkəti İstehsal avadanlıqları üzrə mexanik və laborant vəzifələrinə vakansiya elan edir

İşin təsviri:

  • Müəssisədə olan mexaniki  avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək; 

  • Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək; 

  • İstehsal qurğu  və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək; 

  • Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;

  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək; 

  • Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək; 

  • Yeni avadanlıqların, qurğuların  quraşdırılması və yeni texnikaların mənimsənilməsi; 

  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi; 

  • Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq 

Əmək haqqı:

Razılaşma yolu ilə

Tələblər:

  • Təhsil: Ali

  • Yaş həddi: 35-50

  • Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı

  • Dillər: Rus biliyi arzu olunandır

Şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyətli;

  • Ünsiyyət yaratmaq bacarıqlı;

  • Fəal olması;

  • İşə planlı yanaşması.

Qeyd

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

  • Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin

 Laborant 

İşin təsviri:

  • Laborator avadanlıqlarını tanıyıb onunla işləməyi bacarmalıdır.

  • Hər gün istehsal olunan məhsulların qeydiyyatını aparmalıdır.

  • İstehsal olunan məhsulları analiz etməlidir (analiz üsullarını öyrəndikdən sonra)

  • Resept əsasında yeni məhsul hazırlamağı bacarmalıdır.

  • Laboratoriya avadanlıqlarını təmiz saxlamalıdır.

Əmək haqqı:

  • Razılaşma yolu ilə

Tələblər:

  • Təhsil: Ali (bakalavr)

  • İş təcrübəsi: Ən azı bu sahədə 3 il iş təcrübəsi olmalı. (Boya sahəsində işləmiş laboranta üstünlük verilir.)

  • Yaş həddi: 24-35

  • Kompüter biliyi: Word, Excell, Internet Explorer

  • Dillər: Azərbaycan dili

Şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabliyyəti;

  • İşə planlı yanaşması;

  • Ünsiyyət yaratmaq bacarığı;

  • Fəal olması;

Əlavə tələblər:

  • Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

  • Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287