VAKANSİYA

“Bank BTB” işçi axtarır – VAKANSİYA
27 NOYABR
1585

“Bank BTB” işçi axtarır – VAKANSİYA

2017-11-27 22:00:00

Bank BTB” ASC marketinq departamentinin direktoru vəzifəsinə işə qəbul elan edir.

Marketinq departamentinin Direktoru 

İş barədə məlumat:

- Bankın  marketinq siyasətini və marketinq planını hazırlayır;
- Rəqabət bazarını, bankın mövcud məhsul və xidmətlərini, müştəri ehtiyaclarını daima təhlil edir və yeni məhsulların yaradılması barədə təkliflər hazırlayır;
- Bankdaxili qaydalara uyğun müvafiq təsdiqdən sonra yeni məhsullarınn yaradılmasını təşkil edir;
- Bankın məhsullarının təşviqatını təşkil edir;
- Bankın reklam və təşviqat üzrə siyasətini hazırlayır, reklam və təşviqat üzrə layihələrini idarə edir;
- Ona birbaşa hesabatlı olan işçilərin  hədəflərini müəyyən edir, onların fəaliyyətlərini qiymətləndirir;
- Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən  departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir;
- Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır;
- İdarə Heyətinin ona həvalə etdiyi digər vəzifələri  həyata keçirir

Namizədə tələblər:

- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil; 
- Müvafiq sahədə ən azı 3-5 illik iş  təcrübəsi;
- Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 Dekabr, 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq departamentinin Direktoru) göstərməyiniz xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287