VAKANSİYA

“AFB Bank” işçi axtarır -VAKANSİYA
07 SENTYABR
2623

“AFB Bank” işçi axtarır -VAKANSİYA

2017-09-07 22:00:00

“AFB Bank” ASC  “Korporativ müştərilərlə iş üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edib.

 Vəzifə: Korporativ müştərilərlə iş üzrə mütəxəssis

 İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

 İŞİN TƏSVİRİ:

-             Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;

-             Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili;

-             Korporativ müştərilərə Bank xidmətlərinin təşkili;

-             Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi;

-             Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 

-             Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

-             Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

-             Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

-             Sahəyə aid olan qayda və normativləri bilmək;

-             Gərgin iş qrafikində işləmək bacarığı;

-            Maliyyə və kredit analizi bilikləri;

-             Yaxşı ünsiyyət bacarıqları;

- Azərbaycan və rus dillərin səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;

- Ofis Proqramlarından mükəmməl istifadə bacarığı;

- Komandada işləmək bacarığı.

 

Vakansiya ilə maraqlananlar aşağıdakı linkə daxil ola bilərlər

https://afb.az/az/vacancy/17

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293