VAKANSİYA

“Nikoil Bank” işçi axtarır – VAKANSİYA
24 NOYABR
2485

“Nikoil Bank” işçi axtarır – VAKANSİYA

2016-11-24 22:00:00

“Nikoil Bank” hüquqşünas vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 25-45 yaşlarındaali hüquqi təhsilli, bank işi üzrə minimum 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 24-dür.   

Namizədə tələblər

- 25-45 yaş 
- Ali hüquqi təhsil 
- Bank işi üzrə minimum 3 il iş təcrübəsi 
- Azərbaycan və rus dillərində səlist. İngilis dilini bilmək arzu olunandı 
- Ünsiyyətcil olmalı və qrup şəklində işləmək qabiliyyəti, təhlil və hesabat vermə bacarığı, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalıdır

İş barədə məlumat

- Qanuni qüvvəsini almış məhkəmə aktlarının (qətnamə, əmr və s.) uçotunu aparmaq 
- İcra məmurları tərəfindən məhkəmə aktlarının icrası üzrə tədbirlərin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsində iştirak etmək 
- Verilmiş icra vərəqələri üzrə İcra məmurları tərəfindən icraata başlamaq haqqında qərarların vaxtında qəbul edilməsinə və verilmiş könüllü icra müddətində borcun ödənilməsinə nəzarət etmək 
- Qətnamə vaxtında icra edilmədikdə, təmin edilməmiş kreditlər üzrə borcalanların, onların zaminlərinin və əmlaklarının axtarışında iştirka etmək 
- Cavabdehin ümumi əmlak vəziyyətininin araşdırılması məqsədilə, aidiyyəti orqanlara sorğuların verilməsi icra şöbələrindən tələb etmək 
- Məhkəmə aktları üzrə cavabdehlər tərəfindən aparılan ödənişlərin uçotunu aparmaq 
- Aşkar edilmiş əmlaklara tutmanın yönəldilməsi məqsədilə zəruri sənədləri hazırlamaq və icra məmuruna təqdim etmək 
- Aşkar edilmiş əmlakın İcra məmuru tərəfindən götürülməsi, onun satılması və əldə olunmuş vəsaitin Banka köçürülməsində iştirak etmək 
- İpoteka predmetlərinin (dövlət qeydiyyatı aparılan daşınar və daşınmaz əmlakın) qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətinlərinə sifarişlərin verilmək və onlar tərəfindən obyektiv qiymətləndirilməsi işlərinin həyata keçirilməsində iştirak etmək 
- Banka ipoteka qoyulmuş və qətmanə ilə tutma yönəldilmiş ipoteka predmetlərinin məhkəmə tərəfindən müəyyən edilmiş və ya sonradan icra məmurunun sifarişi əsasında qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş qiymətlərlə satılmasıüçün ixtisaslaşdırlmış hərrac mərkəzləri tərəfindən açıq hərraca çıxarılması və satılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək 
- Açıq hərracdan satılmayan və tələbkar kimi Banka təklif olunan ipoteka predmetlərinin Bankı qane edən şərtlərlə hərracdan alınması və Bankın mülkiyyətinə götürülməsi üçün bütün zəruri tədbirləri görmək 
- Təminatsız kredit borcları ilə əlaqədar çıxarılmış məhkəmə qətnamələrinə əsasən borcalan və zaminlərin iş yerlərinin müəyyən edeilməsi və borcun əmək haqqına yönəldilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmək 
- İcra edilmiş məhkəmə aktları üzrə icraata xitam verilməsi, ipoteka predmetlərinin yüklülükdən azad edilməsi üçün zəruri sənədləri hazırlamaq və aidiyyəti üzrə göndərilməsini həyata keçirmək

 

CV-lər yalnız hr@nikoil.az e-ünvanına göndərilməlidir.(CV kadr tələblərinə uyğun olarsa, 2 gün ərzində əlaqə saxlanılacaq, əks təqdirdə müraciyətiniz Insan resursları şöbəsinin məlumat bazasında saxlanılacaq).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272