VAKANSİYA

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA
16 NOYABR
2057

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA

2016-11-16 21:00:00

“FINCA Azerbaijan” Quba və ya Xaçmaz filialı üçün 1 vakansiya üzrə icra işləri üzrə hüquqşünas vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək) olan, borcların yığılması, problemli müştərilərlə işləmək, məhkəmə işləri və məhkəmə qərarlarının icra edilməsi sahəsindəən azı 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 26-dır. 

Əsas vəzifə öhdəlikləri:
• Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi;

• Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi;

• İcra mərhələsindəərizə və vəsatətlərin  hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;

• Öz bacarıqları daxilində rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;

• Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədə dair tələblər:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Borcların yığılması, problemli müştərilərlə işləmək, məhkəmə işləri və məhkəmə qərarlarının icra edilməsi sahəsindəən azı 3 il iş təcrübəsi;
• Mülki, mülki-prosessual, icra, ipoteka və bank qanunvericiliyi haqqında mükəmməl bilik;
• Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• MS Office proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Namizədlər öz tərcümeyi-hallarını (CV) recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vakansiyanın adını və iş elanının nömrəsini (№100/16)  qeyd etməklə göndərə bilərlər. Əks təqdirdəərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana, həmçinin yuxarıda adları çəkilən filiallara təqdim edə bilərsiniz:   Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272