VAKANSİYA

“Expressbank” işçi axtarır – VAKANSİYA
12 NOYABR
3390

“Expressbank” işçi axtarır – VAKANSİYA

2016-11-12 21:00:00

“Expressbank” icra işlərinin hüquqi tənzimlənməsi şöbəsinin hüquqşünası (Bakı şəhəri üzrə) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali  hüquq təhsilli,hüquq (Məhkəmə qərarlarının icrası və ya icrasına nəzarət) sahəsində 2 (iki) -3 (üç) il iş təcrübəsi olan namizədlər  vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 24-dür.

Tələblər:
- Ali hüquqi təhsil;
- Hüquq (Məhkəmə qərarlarının icrası və ya icrasına nəzarət) sahəsində 2 (iki) -3 (üç) il iş təcrübəsi;
- Mülki və mülki – prosessual qanunvericilik biliyi; 
- Bank fəaliyyətini tənzimləyən Qanun və normativ-hüquqi aktları bilmək və tətbiq etmək bacarığı.

Vəzifə öhdəlikləri:

- Məhkəmə qətnamələrinin icrası ;
- Məhkəmə qətnamələrinin uçotunun aparılması ;
- İcra işlərinin gorülməsi;
- Zəruri sənədlərin hazırlanması və aidiyyəti üzrə göndərilməsi.

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub cv@expressbank.az ünvanına göndərə bilərlər. CV formasını, göstərilən tələblərə uyğun olaraq  doldurub göndərilməlidir. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyi unutmayın. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272