VAKANSİYA

“Bank BTB” işçi axtarır – VAKANSİYA
31 OKTYABR
2315

“Bank BTB” işçi axtarır – VAKANSİYA

2016-10-31 22:00:00

“Bank BTB” satışlar departamenti, ipoteka şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir. Fins.az-ın məlumatına görə, ali təhsilli  (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir), ipoteka kreditləri sahəsində ən azı 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 18-dir.

 İş barədə məlumat:

- İpoteka kreditini Azərbaycan İpoteka Fondu ASC tələblərinə uyğun rəsmiləşdirir;

- Verilmiş ipoteka kreditlərinin Azərbaycan İpoteka Fondu ASC tərəfindən vaxtında yenidən maliyyələşməsini təmin edir;

- Verilmiş ipoteka kreditləri üzrə sığorta müqavilələrinin vaxtında uzadılmasını təmin edir;

- İpoteka  müştərilərinin ödənişləri barədə mütəmadi təhlillər aparır, müvafiq proqram təminatında (EİS) hesabatlar hazırlayır;

- İpoteka krediti və sığorta ödənişləri üzrə kredit portfelinə nəzarət edir;

- Əlaqəli qurumlarla iş.

 Namizədə tələblər:

- Ali təhsil  (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);

- İpoteka kreditləri sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq;

- Azərbaycan dilində səlis danışıq qabiliyyəti;

- Analitik təhlil qabiliyyəti;

- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18.11.2016- cı il tarixinə qədər  cv@btb.az elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adı email-in mövzu hissəsində (İpoteka şöbəsinin Aparıcı mütəxəssisi )  göstərilməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272