VAKANSİYA

“Ziraat Bank Azərbaycan” işçi axtarır – VAKANSİYA
09 OKTYABR
3514

“Ziraat Bank Azərbaycan” işçi axtarır – VAKANSİYA

2016-10-09 21:00:00

“Ziraat Bank Azərbaycan” plastik kartlar üzrə menecer/  baş mütəxəssis vəzifələrinə vəzifəsinə işçi qəbulu elan edib. Bankdan fins.az-a verilən məlumata görə, ali iqtisadi təhsilli, müvafiq sahədə 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 20-dir.

Vəzifəyə olan tələblər:

– Ali iqtisadi təhsil;

– Müvafiq sahədə 3 il iş təcrübəsi;

– Rus və İngilis dil bilikləri.

Əsas vəzifələr:

– Plastik kartlar sahəsi üzrə yeni məhsulların hazırlanması və həyata keçirilməsi;

– Ödəniş sistemləri və Prosessinq mərkəzi ilə klirinqin aparılması və klirinq nəticəsində ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması;

– Bank sistemində kartla keçirilən müxabirləşmələrə nəzarət edilməsi;

– Bankın plastik kartlarla və POS/ATM-lə aparılan əməliyyatlarına dair problemlərin araşdırılması və lazımlı hesabatların tərtib olunması;

– Aidiyyatı olan orqanlarla yazışmaların aparılması;

– Mövcud qanunvericilik və bank daxili sənədləşmə proseduruna uyğun olaraq sənədləşmənin aparılması;

– Qüvvədə olan qanunvericilik aktlarında  edilən əlavə və dəyişiklikləri daim nəzarətdə saxlamaq  və işində rəhbər tutmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarınıcv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində PLASTİK KART qeyd etməyiniz vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272