VAKANSİYA

“Bank of Baku” işçi axtarır – VAKANSİYA
05 OKTYABR
3250

“Bank of Baku” işçi axtarır – VAKANSİYA

2016-10-05 21:00:00

“Bank of Baku” kassa bölməsinin kiçik eksperti (Şirvan şəhəri) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə,ali iqtisadi təhsilli, böyük həcmli rəqəmli məlumatlarla işləmək bacarığı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 4-dür.  

İş barədə məlumat:

- Nağd vəsait və ödəniş çeklərini qəbul etmək 
- Yerli və xarici valyuta mübadiləsi əməliyyatlarını aparmaq 
- Əməliyyatları bankın əməliyyat proqramında əks etdirmək 
- İş yeri: Şirvan filialı 
- İş vaxtı: 5 iş günü, 09.00-18.00 
- Əmək haqqı: 400 AZN (net)

Namizədə tələblər:

- Ali iqtisadi təhsil 
- Əla Azərbaycan dili bilikləri 
- MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı 
- Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı 
- Məsuliyyətli, dəqiq və intizamlı 

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində "Kassa-Şirvan" qeyd etməyi unutmayın!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275