VAKANSİYA

"DəmirBank” işçi axtarır- VAKANSİYA
24 SENTYABR
3335

"DəmirBank” işçi axtarır- VAKANSİYA

2016-09-24 22:00:00
"DəmirBank” müştərilərin cəlbi şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul elan edir. Fins.az-ın məlumatına görə, ali iqtisadi təhsilli,müvafiq sahədə ən azı 1 il iş  təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 23-dür. 
Vəzifə öhdəlikləri:
• Korporativ bankçılıq üzrə bankın yanaşmasını təbliğ etmək;
• Bankın korporativ məhsullarını və kredit məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştərilər qarşısında təmsil etmək;
• Mövcud bazaları təhlil edərək və əlaqə yaradaraq bütün növ korporativ məhsulların (hesablaşma kassa əməliyyatları, inkassasiya, əmək haqqı kartları, korporativ kart, depozitlər, qarantiya və akkreditivlər, kredit, kredit xətti, lizinq və s) satışını təmin etmək; 
• Cəlb edilən müştərilərin biznesini təhlil edib onlara ehtiyac duyulan məhsullar haqqında təklif paketi hazırlamaq;
• Cəlb etdiyi korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq 20 000 manat məbləğindən artıq olan ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə vizitlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsinə təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
• Korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair sahələrə və rayonlara uyğun spesifik satış texnikaları formalaşdırılması istiqamətində təkliflər vermək.
Namizədə qarşı tələblər:
• Ali iqtisadi təhsil;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus və ingilis dilini bilənlərə üstünlük verilir);
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olmalı;
• Stres altında işləmə qabiliyyəti olmalı;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
• Yüksək satış qabiliyyətinə malik olmalı, biznes sferasını yaxından tanımalı,
• Bakı və rayon filiallarına ezam olunma imkanını olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Korporativ Bankçılıq Departamenti- mütəxəssis” şəklində göstərilməlidir.    
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270