VAKANSİYA

“Unibank” işçi axtarır – VAKANSİYA
31 AVQUST
2582

“Unibank” işçi axtarır – VAKANSİYA

2016-08-31 22:00:00

“Unibank”  korporativ kreditlər üzrə aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 22-32 yaşlarında ali təhsilli, biznes kreditləri sahəsində minimum 1-3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 31-dir.

Başlıca öhdəliklər və məsuliyyətlər
 
• Korporativ müştərilərin cəlb edilməsi 
• Müştərinin biznesinin analizi 
• Analizin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi
 
Namizədin Profili
 
• Ali təhsil;
• Yaş həddi 22 – 32;
• Biznes kreditləri sahəsində minimum 1-3 il iş təcrübəsi;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı; 
• MS Excel və MS Word proqramları üzrə baza biliklər;
• Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər;
• Ünsiyyət qurma bacarığı;
• Müştəri yönümlülük;
• Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə
Unibank2@unibank.az elektron ünvanına göndərə bilərlər.Müraciət edilən vəzifənin adını email-ın mövzu hissəsində (Korporativ kreditlər üzrə Aparıcı Mütəxəssis) göstərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275