VAKANSİYA

“Embafinans” işçilər axtarır - VAKANSİYA
24 APREL
2114

“Embafinans” işçilər axtarır - VAKANSİYA

2016-04-24 09:00:00

“Embafinans”  hüquqşünas vəzifəsinə işçi axtarır. Kredit təşkilatından fins.az-a verilən məlumata görə, ali  hüquq təhsili, Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı olan kişi namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.İşlə bağlı son müraciət tarixi may ayının 22-dir.

Namizədə dair tələblər:

- Ali  hüquq təhsili;
- İş təcrübəsi ; ən azı 1 il
- dəqiqlik və ehtiyatlılıq;
- komanda ilə işləmək bacarıqları;
- MS Office proqramlarında mükəmmək istifadə bacarığı;
- Vakansiya üzrə yalnız kişi namizədlərin müraciəti qəbul olunur

Əsas vəzifə və öhdəliklər:  

 Cəmiyyətlə əlaqəsi olan işlər üzrə qəbul olunmuş məhkəmə qərarları barədə tabe olduğu vəzifəli şəxsi məlumatlandırır;
 Cəmiyyətlə əlaqəsi olan işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəldir və onların Cəmiyyət tərəfindən icrası üzərində tabe olduğu vəzifəli şəxsin tapşırığı çərçivəsində nəzarəti həyata keçirir;  
 Problemli kreditlərin həll olunmasında Problemli Kreditlərlərin idarə edilməsi şöbəsinə hüquqi yardım edir;
 Qüvvəyə minmiş məhkəmə aktları üzrə icra şöbələri ilə işlərin təşkilini həyata keçirir (icra məmurları ilə işləmək, zərurət yarandıqda icra məmurları ilə müştərinin ünvanına getmək, icra tədbirləri ilə bağlı şirkəti məhkəmələrdə təmsil etmək, müştərilərlə daim əlaqə saxlamaq və.s);

İş qrafiki: 5 gün / saat 09.00-18.00

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  hr@embafinans.az ünvanına göndərə bilərlər.Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiya və regionu qeyd edən namizədlər nəzərə alınacaq.  

Telefon: +99412 4369374 / +99412 4369375

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270