TENDER

Lerikdə bina tikintisi üçün – TENDER ELANI
02 NOYABR
130

Lerikdə bina tikintisi üçün – TENDER ELANI

2018-11-02 17:07:00
Lerik Rayon İcra Hakimiyyəti 2018-ci ildə Lerik şəhərində 48 mənzilli yaşayış binasının tikintisi işlərinin yerinə yetirilməsinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender I (bir) lot üzrə keçirilir.
Lot-1. Lerik şəhərində 48 mənzilli yaşayış binasının tikintisi işlərinin yerinə yetirilməsinin satınalınması.

Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu, Lerik şəhəri, H.Əliyev meydanı 1 nömrəli ünvandan ala bilərlər.
Əlaqələndirici şəxs: Tağızadə Asiman Adil oğlu (telefon (025) 274 49 51).

Təşkilat: Lerik Rayon İcra Hakimiyyəti
Lerik YXO
H/h: AZ71AIIB32051019447400201174
VÖEN: 6300016371
“Kapitalbank” ASC-nin Lerik filialı 
Kod: 200747
VÖEN: 9900003611 
M/h: AZ37NABZ 01350100000000001944
S. W.İ.F.T. BİK: A II BAZ 2X

İştirak haqqı heç bir halda geri ­qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə ­olmalıdır);
- tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə arayışlar;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
- iddiaçının nizamnaməsi (surəti);
- iddiaçının lisenziya sənədii (surəti);
- iddiaçının tam adı,hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- fəaliyyət növü haqqında məlumat;
- təklif olunan işlərin yerinə yetirilməsi üçün texniki və maliyyə imkanlarının möv-cudluğu barədə məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 noyabr 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30 noyabr 2018-ci il saat 18.00-a qədər Lerik Rayon İcra Hakimiyyətinə təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 3 dekabr 2018-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayındələri iştirak edə bilərlər.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258