TENDER

Azəristiliktəchizat ASC - TENDER
22 MAY
216

Azəristiliktəchizat ASC - TENDER

2018-05-22 15:00:00

AZƏRİSTİLİKTƏCHİZAT ASC (İKİNCİ ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 4 lot üzrə keçirilir:

lot 1 - Kənd təsərrüfatı texnikası üçün şinlər və sürtkü materialları
lot 2 - Xüsusi geyim vasitələri
lot 3 - Dam örtüyü üçün materiallar
lot 4 - İstilik xətləri üçün izolyasiya materialları

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 (Əlaqələndirici şəxs: Rafiq Əliyev, telefon: 579-52-98) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 100 manat 
lot 2 - 100 manat 
lot 3 - 100 manat 
lot 4 - 100 manat 

Hesab: AZ62AİİB33010019442200226122
VÖEN 1700531291
Bank: Kapital Bank ASC Qaradağ filialı 
Kodu: 200220
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Satınalma müqaviləsinin icrasını təmin etmək üçün maddi texniki baza və müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki imkanların və ixtisaslı işçi qüvvəsinin olmasını təsdiq edən hüquqi sənədlər

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-06-08 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-06-22 16:00qədər Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-06-25 16:00 tarixində Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Eləcə də bax: Mərkəzi Bank açıq tenderə dəvət edir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253