TENDER

“Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu”nun investisiya xidmətləri ilə bağlı tenderinin qalibləri açıqlanıb
13 FEVRAL
184

“Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu”nun investisiya xidmətləri ilə bağlı tenderinin qalibləri açıqlanıb

2018-02-13 10:08:00

“Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu” ASC-yə 2018-ci il üzrə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi ilə bağlı xidmətlərin satınalınmasına dair açıq tender başa çatıb.

Fonddan verilən məlumata görə, tenderin 1-ci Lot- qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi xidməti üzrə qalibi “AzFinance İnvestisiya Şirkəti” QSC ilə fevralın 9-da satınalma müqaviləsi imzalanıb.

Bundan başqa, 2-ci lot, yəni qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi üzrə qalibi “PSG-KAPİTAL İnvestisiya Şirkəti” QSC ilə fevralın 8-də satınalma müqaviləsi bağlanıb. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276