TENDER

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tender elan edir
27 OKTYABR
86

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tender elan edir

2016-10-27 09:48:00

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 3 lot üzrə keçirilir::

lot 1 - “Biləsuvar şəhərinin baş planının hazırlanması”;
lot 2 - “Quba şəhərinin baş planının hazırlanması”;
lot 3 - “Tovuz şəhərinin baş planının hazırlanması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Füzuli küçəsi, 65, III mərtədə(Əlaqələndirici şəxs :Təyyar Əliyev, telefon :(012) 597-51-32) ünvanından ala bilərlər 

İştirak haqqı

lot 1 - 100 manat 
lot 2 - 100 manat 
lot 3 - 100 manat 

Hesab: AZ31IBAZ36010059449328518204
VÖEN 1400032621
Bank: Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi filialı  
Kodu: 805722
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: BİK.IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: -müvafiq fəaliyyət növü üzrə lisenziyanın surəti; -müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əmək haqqı fondu barədə məlumatların əks olunduğu sənəd.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-11-18 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-11-28 16:00qədər Bakı şəhəri, Füzuli küçəsi, 65 ünvanında yerləşən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-11-29 16:00 tarixində Bakı şəhəri, Füzuli küçəsi, 65, III mərtəbədə yerləşən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iclas zalı ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272