TENDER

Bakı Bulvarı tender elan edir
25 OKTYABR
93

Bakı Bulvarı tender elan edir

2016-10-25 08:53:00
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi AÇIQ TENDER ELAN EDİR:

Lot-1. Dənizkənarı Bulvar İdarəsi ərazisində 4 və 5 nömrəli pirslərdə metal konstruksiyaların, şpuntların təmiri və rənglənməsi işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Neftçilər prospekti, 2A, Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsindən (əlaqələndirici şəxs – S.Əliyeva, tel.:(012)5050217)  ala bilərlər.

 İştirak haqqı: 500 (beş yüz) manatdır

BANKIN ADI: “KAPİTAL BANK” ASC-nin GƏNCLİK FİLİALI

KOD: 200189

 VÖEN: 9900003611

 MÜXBİR HESAB: AZ37NABZ01350100000000001944

SWİFT BİK: AIIBAZ2X

TƏŞKİLAT: AR DBİ KXT DBƏMM

H/H: AZ95AIIB38090019440062628118

VÖEN: 1701243801

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi(təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- müvafiq texnikanın işlək vəziyyətdə mövcudluğu, işçi qüvvəsinin olması, 2-3 oxşar işlər sahəsində təcrübəsinin olması;

- iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 noyabr 2016-cı il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 24 noyabr 2016-cı il saat 17.00-dək Bakı şəhəri, Neftçilər prospekti, 2A nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 25 noyabr 2016-cı il saat 12.00-da Bakı şəhəri, Neftçilər prospekti, 2A nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271