TENDER

Maliyyə Nazirliyi tender elan edir
17 MAY
117

Maliyyə Nazirliyi tender elan edir

2016-05-17 18:55:00

Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi Açıq tender elan edir:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi üçün şəbəkə avadanlığı və şəbəkə nəzarəti proqram təminatının satın alınması  

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi Bakı şəhəri, S.Vurğun küçəsi, 135.(Əlaqələndirici şəxs :Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri Nazim Qasımzadə, telefon :(+99412) 404-47-26) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 500 manat 

Hesab: AZ06CTRE00000000000002108502
VÖEN 1401555071
Bank: Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 5 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Iddiaçının tam adı, ünvanı, hüquqi statusunu təsdiq edən sənəd (surəti), qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (əlavə edilmiş standart formaya uyğun təqdim olunmalıdır); əsas fəaliyyət yeri (əlavə edilmiş standart formaya uyğun təqdim olunmalıdır); satınalma müqavilinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin və texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması (əlavə edilmiş standart formaya uyğun təqdim olunmalıdır); müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış olmaması (əlavə edilmiş standart formaya uyğun təqdim olunmalıdır); öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətli olması (əlavə edilmiş standart formaya uyğun təqdim olunmalıdır); Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması; Satınalma prosedurlarının başlanılmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçuların peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi və axrıncı bir ildə (əgər daha az fəaliyyət göstəribsə bütün fəaliyyət dövründə) məhkəmə araşdırmasına cəlb olunub-olunmaması haqqında dəqiq məlumat (əlavə edilmiş standart formaya uyğun təqdim olunmalıdır); 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-06-20 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-06-29 15:00qədər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi Bakı şəhəri, S.Vurğun küçəsi, 135.(III mərtəbə otaq № 344) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-06-30 15:00 tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi Bakı şəhəri, S.Vurğun küçəsi, 135. (II mərtəbə otaq № 235) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275