TENDER

"Azərsu" kotirovka sorğusu elan edir
22 APREL
86

"Azərsu" kotirovka sorğusu elan edir

2016-04-22 14:04:00
“Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsi D 15-20 mm su sayğacları üçün plastik qutuların satınalınması məqsədilə kotirovka sorğusu elan edir

* Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana:

Bakı şəhəri, Babək prospekti 110 v, “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin satınalma şöbəsinə (tel/faks+994 12 376 53 29) müraciət edə bilərlər.

* Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinə yazılı şəkildə imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 28 aprel 2016-cı il saat 18.00- dan gec olmamaq şərti ilə təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

* Kotirovka təkliləri “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin Bakı şəhəri, Babək prospekti, 110 V nömrəli ünvanda yerləşən binasında 29 aprel 2016-cı il saat 15.00- da açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272