TƏHSİL

Agentlik magistr təhsili almaq üçün qəbul olunmuş şəxslərə MÜRCİƏT ETDİ
15 İYUL
162

Agentlik magistr təhsili almaq üçün qəbul olunmuş şəxslərə MÜRCİƏT ETDİ

2019-07-15 15:28:00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baytarlıq, aqronomluq və qida məhsulları mühəndisliyi ixtisasları üzrə magistr təhsili almaq üçün Türkiyə Cumhuriyyətinin ali təhsil müəssisələrinə qəbul olunmuş namizədləri müsahibəyə dəvət edir. Müsahibə nəticəsinə uyğun olaraq, namizəd ilə Agentlik arasında müvafiq müqavilə imzalanacaq və namizədin təhsil, o cümlədən digər xərcləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ödəniləcək.

Müsahibədə iştirak etmək istəyənlər 2019-cu il iyul ayının 15-dən avqust ayının 15-dək öz şəxsi məlumatlarını [email protected] elektron ünvanına göndərə bilərlər. Əlavə məlumat almaq istəyən şəxslər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.

Əlaqə nömrəsi: (012) 565-12-82 (155, 525)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır