TƏHSİL

Müəllimlərə müjdə - Yaponiyada təqaüdlə oxuya biləcəksiniz
14 YANVAR
340

Müəllimlərə müjdə - Yaponiyada təqaüdlə oxuya biləcəksiniz

2019-01-14 17:29:00

Gənc müəllimlər üçün Yaponiyada təqaüd proqramı elan olunub. Fins.az xəbər verir ki, Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi "Gənc müəllimlər üçün təlim təqaüd proqramı” (Kyokensei) elan edib. Təqaüd proqramında ingilis və ya yapon dilllərini yaxşı bilən, ümumtəhsil məktəbində ən azı 5 il çalışan 35 yaşa qədər gənc müəllimlər iştirak edə bilərlər. Bu proqram məktəblərdə tədris sistemi üzrə tədqiqat aparmaq istəyən gənc müəllimlər üçün Yaponiyanın müxtəlif universitetlərində 1-1.5 illik təqaüdlə təhsil almaq imkanı verir. Təlim kursu ümumillikdə 1 ildavamedir, kursa başlamazdan əvvəl yapon dili kurslarını təklif edən universitetlər də var. Həmin kurslar da iştirak edən müəllimlərin təqaüd müddəti 1.5 il davam edir.

Qeyd edək ki, aylıq təqaüd, ikitərəfli aviabilet, təhsil haqqı xərcləri Yaponiya hökuməti tərəfindən qarşılanacaq.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263