TƏHSİL

Magistraturaya keçid ballarını buradan öyrənin
09 YANVAR
154

Magistraturaya keçid ballarını buradan öyrənin

2019-01-09 12:17:00

Ali təhsil müəssisələri və AMEA-nın magistratura pilləsinə  qəbul imtahanının I mərhələsi 24 fevralda keçiriləcək. Fins.az  tələbələrin narahatlığını nəzərə alaraq magistraturaya qəbul üzrə müsabiqə şərtlərini təqdim edir: 

Tələbələr texniki və texnoloji ixtisaslar (səhiyyə, rifah və xidmət ixtisasları) üzrə I mərhələdə minimal 40 bal toplamalıdırlar. 

II mərhələdə dövlət sifarişli yerlərdə təhsil almaq üçün minimal 25, ödənişli əsaslarla təhsil almaq üçün minimal 20 bal tələb olunur. 

Yəni, texniki ixtisas üzrə dövlət sifarişi əsasında təhsil almaq istəyənlər 65, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə 60 bal toplamalıdırlar. 

Məntiqdən 15, İnformatika və xarici dildən 5 sualın cavablandırılması vacibdir. 

Humanitar və sosial ixtisaslar üzrə I mərhələdə minimal 50 bal toplamaq lazımdır. 

II mərhələdə dövlət sifarişli yerlərdə təhsil almaq üçün minimal 25, ödənişli əsaslarla təhsil almaq üçün minimal 20 bal tələb olunur. 

Yəni, humanitar və sosial ixtisas üzrə dövlət sifarişi əsasında  təhsil almaq istəyənlər 75, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə 70 bal toplamalıdırlar.

Məntiqdən 15, İnformatika və xarici dildən 5 sualın cavablandırılması vacibdir. 

Təbiət ixtisaslar qrupu (iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu) üzrə I mərhələdə minimal 45 bal yığmaq şərtdir. 

II mərhələdə dövlət sifarişli yerlərdə təhsil almaq üçün minimal 25, ödənişli əsaslarla təhsil almaq üçün minimal 20 bal tələb olunur.

Yəni, bu ixtisas üzrə dövlət sifarişi əsasında təhsil almaq istəyənlər 70, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə 60 bal toplamalıdırlar.

Mədəniyyət və incəsənət ixtisasları qrupu , kənd təsərrüfatı ixtisasları, xüsusi təyinatlı ixtisaslar, bədən tərbiyəsi və idman ixtisası üzrə I mərhələdə minimal 30 bal toplamaq lazımdır.

II mərhələdə dövlət sifarişli yerlərdə təhsil almaq üçün minimal 20, ödənişli əsaslarla təhsil almaq üçün minimal 15 bal tələb olunur. Yəni, bu ixtisaslar üzrə dövlət sifarişi əsasında təhsil almaq istəyənlər 50, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə 45 bal toplamalıdırlar.

Məntiqdən 10, İnformatika və xarici dildən 5 sualın cavablandırılması vacibdir.

Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhələsində ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.

Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test imtahanı əvəzinə yazılı imtahan, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər .

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256