TƏHSİL

Deputat: “Müəllimlərin maaşı qaldırılmalıdır!”
18 DEKABR 2018
268

Deputat: “Müəllimlərin maaşı qaldırılmalıdır!”

2018-12-18 15:48:00

“Bu gün təhsildə əsas problem repetitor məsələsidir. Lakin “Ümumi təhsil haqqında” qanun layihəsində bununla bağlı heç bir müddəa yer almayıb. İndi kim repetitor yanına getmir, demək olar ki, o, ali məktəbə daxil ola bilmur. Bu gün ali məktəbə qəbul olunanlar arasında barmaq sayı qədər tələbə var ki, o, repetitor yanına getməyib”. Fins.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Qüdrət Həsənquliyev qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Deputat bildirib ki, repetitor tutmaq valideynlərin büdcəsinə ziyan vurur: “Bəzən valideynlər öz uşaqlarını lazımı qidalandırmır, amma onları müəllim yanına hazırlığa göndərir. Bunun qarşısının alınması üçün müəllimlərin maaşı qaldırılmalıdır. Əgər repetitorluq dövlət tərəfindən qəbul olunursa, o zaman qanunda nəzərdə tutulmalıdır. Yox əgər qəbul olunmursa, o zaman bunun həlli tapılmalıdır”. 

Q. Həsənquliyev çıxışı zamanı iki növbəli məktəblərlə bağlı fikirlərini bildirib. O deyib ki, iki növbəli tədris olmamalıdır: “Avropada iki növbəli tədris ləğv olunub. Əgər məktəb çatışmazlığı varsa, o zaman yeni məktəblər tikilməlidir. Bu məsələləri həll etmədən ciddi dəyişiklərə nail ola bilməyəcəyik”. 

Deputatın sözlərinə görə, Azərbaycan ali təhsil müəssisələrinin sayına görə, region dövlətlərindən geri qalır: “Bundan başqa, Azərbaycanda ali məktəblərə qəbul sadələşdirilməlidir. Ali məktəbə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilməlidir. Əgər bu həll olunarsa, o zaman repetitorla bağlı məsələlər həllini tapacaq. Əks halda, nə qədər ciddi qanunlar qəbul olunsa da müsbət heç nəyə nail ola bilməcəyik”.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027