STATİSTİKA

Ukraynadan gələn heyvan ətinin dəyəri 2 dəfədən çox artıb
08 MAY
172

Ukraynadan gələn heyvan ətinin dəyəri 2 dəfədən çox artıb

2018-05-08 15:21:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017 –ci ildə MDB ölkələrindən olan Ukraynadan Azərbaycana idxal olunan məhsulların dəyəri 2016-cı il ilə müqayisədə 60%  artıb.

Bu məhsullardan ən çox dəyərə malik olan dördüncü məhsul İribuynuzlu heyvan əti, dondurulmuş, sümükdən ayrılmış,qabaq yarımşaqqalar, bütöv və ya ən çoxu beş parçaya bölünmüşlər adı ilə qeyd edilmiş ət növləridir ki, 2017-ci ildə bu məhsuldan 3.320,15 ton idxal edilib və 10.018,82 min dollar xərclənib, bu məhsul 2016-cı ildə bu məhsuldan 1.289,66 ton idxal edilib və 3.470,7 min ABŞ dolları sərf edilmişdir..

Eləcədə bax: Ukraynadan ən çox bu məhsula görə ödəniş edilib

İllər

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

2017(4 rüb)

ton

3.320,15

10.018,82

2016(4 rüb)

ton

1.289,66

3.470,7

Bu iki ilin müqayisəsi göstərir ki həmin məhsulun dəyəri  157%, sayı isə 188% artıb.

2017-ci ildə göstərilmiş növ məhsulun, 1 tonunun orta qiymət 3 min ABŞ dolları təşkil edirdisə, 2016-ci ildə bu rəqəm 2,69 min ABŞ dolları idi.

Eləcə də bax: Maldovadan gətirilən məhsulun çəkisi 24 dəfə artıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277