SOSİUM

“Melissa Park” yaşayış kompleksinin sakinləri cərimələnib
04 OKTYABR
229

“Melissa Park” yaşayış kompleksinin sakinləri cərimələnib

2019-10-04 18:03:00

Yasamal rayonu, H.Zərdabi küçəsi, 192 A ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksinin sakinləri tərəfindən kompleksin ərazisinə tullantıların atılaraq qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət daxil olub.

Nazirlikdən  verilən məlumata görə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb.

Araşdırma zamanı tikinti tullantılarının mənzilləri təmir olunan sakinlər - Fərid Cəlalov və Misirxan Məmmədov tərəfindən atıldığı aşkar edilib.

Faktla bağlı təqsirkar şəxslər barəsində protokollar tərtib edilib və hər biri fiziki şəxs qismində 600 manat məbləğində cərimə olunub. Ərazinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi məqsədilə “Melissa Park” yaşayış kompleksinin rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır