SOSİUM

Çiskinli yağış yağacaq – HAVA PROQNOZU
07 FEVRAL
226

Çiskinli yağış yağacaq – HAVA PROQNOZU

2019-02-07 14:30:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Fins.az-a verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 08-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim şimal-qərb  küləyi əsəcək.

Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.

Nisbi rütubət   gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında

Fevralın 08-də hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdəduman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  3-8 dərəcə isti  təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Fevralın 08-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq

Fevralın 08-də şimal-qərb küləyinin 15-18 m/s olacağı, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257