SOSİUM

Azərbaycan Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir
11 DEKABR 2018
124

Azərbaycan Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir

2018-12-11 14:55:00

 Azərbaycan Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir.

“Report” xəbər verir ki, bu, yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 7-ci (Dövlət Himni ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əsasən, Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir.

Himn nəzərdə tutulan qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır.

Qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256