SOSİUM

Qonşu ölkələrdə miqrasiya xidməti bölmələri fəaliyyətə başlayacaq
16 NOYABR
116

Qonşu ölkələrdə miqrasiya xidməti bölmələri fəaliyyətə başlayacaq

2018-11-16 15:59:00

"Yaxın zamanlarda Gürcüstanla sərhəddə yerləşən "Sınıq körpü" və İranla sərhəddə olan "Astara" sərhəd-nəzarət buraxılış məntəqələrində miqrasiya xidməti bölmələri fəaliyyətə başlayacaq".

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. 

O bildirib ki, bu bölmələr insanların sərhəddən daha rahat və sürətli giriş-çıxış etməsini təmin edəcək: "Bu xidmət bölmələrindən həmçinin sərhəddə yaxın kəndlərin sakinləri istifadə edəcək. Hazırda həmin bölmələrdə vətəndaşlara Dövlət Miqrasiya Xidmətinin səlahiyyətində olan 4 xidmət göstərilir. Gələcəkdə bu proses uğurlu alınarsa, gələcəkdə digər müraciətlər də bu xidmət bölmələrinə daxil edilə bilər".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256