SOSİUM

“DOST”da işləmək istəyənlərin DİQQƏTİNƏ
07 NOYABR
350

“DOST”da işləmək istəyənlərin DİQQƏTİNƏ

2018-11-07 17:09:00

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılması istiqamətində yol xəritəsi əsasında işlər davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumata görə, görülən işlər çərçivəsində “DOST” mərkəzləri üzrə çalışacaq əməkdaşlar üçün onların bilməli olduqları məsələləri, fəaliyyət istiqamətlərini, vəzifə öhdəliklərini, hüquqlarını, məsuliyyətini əhatə edən 25 vəzifə təlimatı hazırlanıb.

Bakıda yaradılacaq və ilkin mərhələdə Yasamal və Səbail rayonlarının əhalisinə xidmət göstərəcək ilk “DOST” mərkəzi üçün işçi heyətinin seçimi prosesi aparılıb.

Eləcə də bax:Vətəndaşlar üçün yeni XİDMƏT növü - NAZİRDƏN ANONS

“DOST” mərkəzlərində dövlət sosial xidmətlərinin geniş bir hissəsinin (əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial sığorta və s. üzrə xidmətlər) “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və sadələşdirilmiş proedurlarla, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunması təmin olunacaq.

Eyni zamanda, mərkəzlərdə çalışacaq əməkdaşların fəaliyyətində əsas prinsip müraciət edən vətəndaşlarla mədəni, səmimi, onların məmnun qala biləcəyi nəzakətli davranış tərzinə malik olmaqdır. Vəzifə təlimatlarının hazırlanması və işçi heyətinin seçimində müvafiq bilgi və bacarıqlarla yanaşı, bu cəhətlərə də xüsusi diqqət yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254