SOSİUM

Vaqonlarda fəaliyyət göstərən köçkün məktəbi yeni binaya köçürüləcək – RƏSMİ
30 AVQUST
154

Vaqonlarda fəaliyyət göstərən köçkün məktəbi yeni binaya köçürüləcək – RƏSMİ

2018-08-30 09:38:00

 Ağdam rayonunun 122 nömrəli köçkün tam orta məktəbi 1994-cü ildən Bərdə rayon Dəmir Yolu Vağzalında dəmir vaqonlarda fəaliyyət göstərir.

Bu barədə Ağdam rayon Təhsil şöbəsindən bildirilib. 

Məlumatda qeyd olunub ki, 122 nömrəli məktəbdə Ağdam şəhər Seçki dairəsinin 3 saylı seçki məntəqəsi yerləşir.  

"Ərazidə olan məcburi köçkün ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb və növbəti mərhələdə qəsəbə salınarkən onlara ev verilməsi nəzərdə tutulub. Hər bir yeni salınmış məcburi köçkünlər üçün qəsəbələrdə bütün standartlara cavab verən məktəb binaları tikilib əhalinin istifadəsinə verilir. Yeni salınacaq qəsəbəyə 122 nömrəli köçkün tam orta məktəbin köçürülməsi mümkün olacaq", - Ağdam rayon Təhsil şöbəsindən vurğulanıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255