SOSİUM

Bu rayonda əmək yarmarkası keçirilib
27 İYUN
167

Bu rayonda əmək yarmarkası keçirilib

2018-06-27 16:27:00

Neftçala rayonunda əmək yarmarkası keçirilib. Tədbirdə 284 vakant iş yeri təklif olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti əmək yarmarkası Neftçala rayonunda keçirilib. Yarmarkada işsiz və işaxtaran vətəndaşlara qeyri-dövlət sektoruna aid 29 müəssisə üzrə 284 vakant iş yeri təqdim olunub. Həmin müəssisələrin nümayəndələri də yarmarkada iştirak edib.

Tədbirdə vətəndaşların peşə-ixtisas bacarıqlarına və əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər verilib. Peşə və ixtisasının olmaması səbəbindən özünə münasib iş yeri tapa bilməyən və ya peşə bacarığına uyğun gələn iş olmadığı üçün peşəsini dəyişmək istəyənlər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar.
İşsiz və işsiz vətəndaşlardan bir qismi haqqı ödənilən ictimai işlərə cəlb olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256