SOSİUM

İş yerini dəyişmək istəyən müəllimlərin sayı AÇIQLANDI
10 İYUN
476

İş yerini dəyişmək istəyən müəllimlərin sayı AÇIQLANDI

2018-06-10 16:36:00

Müəllimlərin yerdəyişməsi müsabiqəsində indiyədək  3087 nəfər iştirak etmək üçün ərizəsini təsdiq edib.

Fins.az xəbər verir ki, bu məlumatı Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildiriblər.

Qeyd edək ki, iş yerini dəyişmək istəyən müəllimlər üçün 4 iyundan etibarən onlayn qeydiyyata start verilib. Namizədlər 4-11 iyun 2018-ci il tarixlərində http://miq.edu.az/  saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Təhsil Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” qaydalarına əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251