SOSİUM

Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi müəyyənləşib
23 APREL
1830

Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi müəyyənləşib

2018-04-23 17:06:00

2017/2018 mövsümündə dünyanın ən çox qazanan futbolçusu müəyyənləşib.

Fins.az xəbər verir ki, bu, Argentina millisinin və İspaniyanın “Barselona” komandasının hücumçusu Lionel Messidir. 30 yaşlı forvardın əmək haqqı, bonus və reklam gəlirlərində əldə edəcəyi ümumi qazanc 126 milyon avrodur.

Siyahıda ikinci yerdə Portuqaliya yığmasının və İspaniya “Real Madrid”inin futbolçusu Kriştianu Ronaldu qərarlaşıb. Onun qazancı 94 milyon avro təşkil edir. “Üçlüy”ü Braziliya millisinin və Fransanın PSJ klubunun hücumçusu Neymar qapayır – 81,5 milyon avro.

Analoji reytinqdə məşqçilər arasında ilk pilləni İngiltərənin “Mançester Yunayted” komandasının sükanı arxasında olan Joze Mourinyo tutur. Portuqaliyalı mütəxəssisin qazancı 26 milyon avrodur. Çin millisinin italiyalı baş məşqçisi Marçello Lippi 23 milyon avro ilə ikinci sıradadır. Üçüncü yerdə isə İspaniya “Atletiko”sunun argentinalı baş məşqçisi Dieqo Simeone qərarlaşıb. Onun gəliri 22 milyon avrodur.

“Real Madrid”in sükanı arxasında olan fransalı Zinəddin Zidan isə bir mövsümə 21 milyon avro qazanır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277