SOSİUM

Nazirlik əlil şəxslərə hər ay ödədiyi vəsaiti – AÇIQLADI
16 APREL
495

Nazirlik əlil şəxslərə hər ay ödədiyi vəsaiti – AÇIQLADI

2018-04-16 12:09:00

Cari ilin əvvəlinə olan məlumatlara əsasən, əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları vasitəsilə hər ay 90,7 mln. manat vəsait ödənilir.

Fins.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Yeni Azərbaycan Partiyası” qəzetinə müsahibəsi zamanı bildirib.

S.Müslümovun sözlərinə görə, ötən 15 ildə ölkədə bərpa-müalicə şəbəkəsinin əhəmiyyətli şəkildə genişləndirilməsi təmin olunub - Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində əlilliyi olan şəxslər üçün regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan istehsalat sahəsi və Gəncə şəhərində filialı istifadəyə verilib. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi fəaliyyətə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259