SOSİUM

Duman, çiskin olacaq – HAVA PROQNOZU
04 APREL
177

Duman, çiskin olacaq – HAVA PROQNOZU

2018-04-04 13:31:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin aprein 5-nə olan məlumatına görə:

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bakıda və Abşeron yarımadasında

hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.  Mülayim cənub küləyi  əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14,  Bakıda gecə 5-7, gündüz 12-14dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  gecə 75-85, gündüz 55-65faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında

hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər şərq rayonlarında çiskin olacaq.  Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271