SOSİUM

Azərbaycanda daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
07 MART
874

Azərbaycanda daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

2018-03-07 16:13:00

Bu gün aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı daha 3 namizəd qeydə alınıb.

Fins.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında prezidentliyə öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb.

MSK onların hər üçünün namizədliyini qeydə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0763
  • ₽ RUB
    0.0275