SOSİUM

“ASAN xidmət” yeni xidmətlər üzrə rüsumu açıqlayıb
06 MART
337

“ASAN xidmət” yeni xidmətlər üzrə rüsumu açıqlayıb

2018-03-06 15:38:00

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət”də həyata keçirilən fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin rüsumunu açıqlayıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib ki, fiziki şəxslər sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi üçün mərkəzə şəxsiyyətini təsdiq edən sənəd, VÖEN, Asan imza, Rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri), hüquqi şəxslər isə hüquqi şəxsin rəhbərinin şəxsiyyətini təsdiq edən sənəd, VÖEN, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, hüquqi şəxsin nizamnaməsi, Asan imza, rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri) təqdim etməlidir.

Xidmət haqqına gəlincə Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib ki, fiziki şəxslər sadələşdirilmiş rüblük (3 aylıq) və illik vergi bəyannamələrinin ödənişi üçün 20 manat, sadələşdirilmiş rüblük (3 aylıq) və illik ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin ödənişi üçün isə 30 manat ödəməlidir. Hüquqi şəxslər üçün xidmət haqqı 60 manat müəyyənləşdirilib.

Şöbədən bildirilib ki, xidmətlər mərkəzdə dərhal həyata keçirilir.

Qeyd edək ki, fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətləri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində həyata keçirilir. Vətəndaşlar bu çərçivədə Vergilər Nazirliyinə rüblük sadələşdirilmiş, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə-dublikatların onlayn sifariş edilməsi, onlayn kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, aylıq elektron qaimələrin göndərilməsi, əmək müqavilələrinin onlayn qeydiyyatı, Dövlət Sosial Müdafiə Fonduna rüblük hesabatının verilməsi, Dövlət Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi xidmətlərindən yararlana bilərlər.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272