SOSİUM

Prezident qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planını təsdiqlədi
09 OKTYABR
926

Prezident qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planını təsdiqlədi

2017-10-09 18:02:00

 Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiqlənib.

Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına bu sərəncamla təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirmək və icranın gedişi barədə hər yarımildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289